Dünyanın aparıcı kriptovalyutası bitkoinin məzənnəsi son sutkada 0.06 faiz artaraq 62 min 531 dollar 22 sentə qədər yüksəlib.
Teleqraf.com xəbər verir ki, bitkoinin həftəlik qazancı isə 2.89 faiz olaraq hesablanır.
Bitkoinin ümumi bazar həcmi də təxminən 10 milyard dollar azalaraq 1 trilyon 163 milyard dollar olub.
Kriptovalyuta bazarlarının ikinci ən böyük vahidi ethereum son sutka ərzində 1,05 faiz artaraq 2 min 483 dollar 75 sentə çatıb. Elektron valyutanın həftəlik qazancı 14,45 faiz, ümumi bazar həcmi 286 87 milyard dollar səviyyəsində dəyərləndirilir.
Kriptovalyuta bazarlarında son sutkada 100 vahiddən 32-nin dəyəri düşüb.
Cəmi 9 min 267 kriptovalyutanın satıldığı 367 bazarda ümumi bazar həcminin 51,3 faizini bitkoin, 12,6 faizini ethereum təşkil edir. Bütün bazarlarda sutkalıq ticarət həcmi də 293 milyard dollar səviyyəsində olub.