“Tesla”nın baş icraçı direktoru Elon Muskun Tvitterdə yeni paylaşımı bitkoinin 42 min dollar səviyyəyə qədər enməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, iş adamı əvvəllər bitkoini ətraf mühitə görə tənqid edib, daha sonra “Tesla”nın əlindəki bitkoinləri sata biləcəyinə dair siqnallar verib.
Muskun bu paylaşımından sonra bitkoin 42 min dollara qədər geriləyib. Beləliklə, cümə günü ilə müqayisədə kriptovalyutada 4 min dollarlıq azalma qeydə alınıb.
Elon Musk hər fürsətdə kriptovalyutalara olan marağını dilə gətirsə də, gözləntiləri ilə investorlara zərər də verə bilir. Bitkoinə 1,5 milyard dollar sərmayə qoyan “Tesla” bundan sonra bu rəqəmsal valyuta ilə maşın satmayacaq. Bunun səbəbini izah edən Musk bitkoin transferi üçün sərf olunan enerjini nümunə göstərərək ekologiyanı ön plana çıxarıb.
Musk Tvitterdə kriptovalyutaya mövzusunda tənqidi fikir bildirən bir neçə fərqli istifadəçiyə də reaksiya verib.