Mütəşəkkil cinayətkar təşkilat yaratmaqda ittiham olunan, haqqında axtarış və həbs qərarı verilən Sedat Pekerin adına kriptovalyuta çıxarılıb.
Teleqraf.com xəbər verir ki, ötən gecə “Sedat Peker Token” adı ilə buraxılan pul “Meme coin” kateqoriyasında yer alıb.
Məlumata görə, bu adda çıxarılan rəqəmsal valyutanın “Telegram” kanalında təxminən min nəfərə yaxın təşəbbüskarı var.
Məlumat üçün bildirək ki, əyləncə və zarafat məqsədilə yaradılan “Meme coin”lər “Tesla” və “SpaceX”in baş icraçı direktoru Elon Muskun “Dogeco” paylaşımı ilə populyarlıq qazanmışdı. “Meme coin” yarandığı gündən bir çox insanın diqqətini çəkən və yeməyə yönəlmiş bir layihədir. Bu koinlər tanınmış bir çox ərzaq şirkətlərinin yaratdığı kriptovalyuta layihələrinə istehza etmək üçün bazara çıxarılıb.