10 İyun 2021 14:19
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal bazarlar neft tələbinin 2021-ci ilin ikinci yarısında təklifi üstələyəcəyinə dair narahatlığa yönəlib”.

Teleqraf.com xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert OPEC tədqiqat qrupunun verdiyi proqnoza istinadən deyib ki, cari ilin 3-cü rübündə gündəlik neftə olan qlobal tələbat 97,9 milyon barel təşkil edəcək:

“Lakin OPEC+ alyansı artan neft tələbini qarşılayan tədarük tədbiri haqqında məlumat vermir. Hazırda bazar konsensusu neft tələbinin 2021-ci ilin ikinci yarısında təklifi üstələyəcəyinə dair narahatlığa yönəlib.

Əlbəttə, yay mövsümünün daxil olması ilə əlaqədar bir tələb artımı müşahidə edilməkdədir və OPEC + vəziyyətə uyğun olaraq bazara lazımi fiziki həcmlər çıxarmasa, yaxın aylarda neft qiymətləri artmaqda davam edəcək. İlk görünüşdə bu, çox cəlbedicidir. Lakin neft qiymətinin barel hesabı ilə 70 dollardan yuxarı olması neft idxal edən dövlətlər üçün əlavə yükün fomalaşmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində iqtisadi dirçəliş perspektivlərini təhdid altına alar.

Bütün hallarda süni qiymət artımı kövrək fiziki bazarların əleyhinə işləyir. OPEC+ alyansının hazırda əsas vəzifəsi neftin itmiş ağırlıq mərkəzini bərpa etməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər