“İqtisadi canlanmanın açıq əlamətləri görünmədən əvvəl dəstək geri çəkilməməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankı (AMB) başçısı Kristina Laqarde deyib.
O bildirib ki, iqtisadiyyatı pandemiyadan çıxarıb artıq başlayan bərpa mərhələsinə keçirmək lazımdır: “Buna çabalamalıyıq. Bərpa güclü və dayanıqlı olmalıdır”.
Pandemiya Təcili Satınalma Proqramının (PEPP) doğru istiqamətdə getdiyini bildirən Laqarde proqramın nə vaxt bitəcəyi barədə danışmağın hələ tez olduğunu deyib.