24 İyun 17:25
223

Avropa İttifaqı Komissiyası Fransaya iqtisadiyyatını dirçəltmək üçün 39,4 milyard avro borcu əhatə edən xilasetmə planını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında Avropa İttifaqı Komissiyası Başçısı Ursula von der Leyenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, plan çərçivəsində 2026-cı ilə qədər Aİ-dan 39,4 milyard avro borc alınacaq.

Ursula von der Leyen də Komissiyanın Fransa iqtisadiyyatını xilas etmək planını təsdiqlədiyini ifadə edərək planın Fransa iqtisadiyyatının ətraf mühiti və rəqəmsal çevrilməsini təmin edəcəyini bildirib.

Fransa İqtisadiyyat naziri Bruno Le Maire Aİ borcunun ilk hissəsinin iyul ayında 5 milyard avro olaraq alınacağını açıqlayıb.

Qeyd edək ki, Fransa hökuməti 39.4 milyard dolları birbaşa Aİ-nın yardımı hesabına maliyyələşdiriləcək cəmi 100 milyard avroluq iqtisadiyyatı xilasetmə planı hazırlayıb.


Müəllif: Yeganə Oqtayqızı