24 İyun 2021 23:43
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda bildirilib. İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.


Müəllif: Teleqraf.com