25 İyun 2021 12:43
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zənglər yeni bir iqtisadi böhran üçün çalınır. Yeni bir böhran qaçılmazdır, ancaq Rusiya Mərkəzi Bankı iqtisadiyyatı və ev təsərrüfatlarını dəstəkləyən hər cür alətə sahibdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankı sədrinin müavini Aleksey Zabotkin deyib.

Zabotkin böhrana qarşı hazırkı tədbirlərin yerində olduğunu bildirib: “Vəziyyət yaxşılaşdıqdan sonra iqtisadi böyüməyə təkan vermək üçün bu tədbirlər götürməlidir”.

Məşhur rus iqtisadçısı Mixail Delyagin isə Rusiyanı yeni bir devalvasiya gözlədiyini proqnozlaşdırır: “Mərkəzi Bank bu alətə tez-tez müraciət edir. Yaxın gələcəkdə bu ssenarinin təkrarlanacağını ehtimal edirəm. Rusiyada qiymətlər bir neçə aydır artım tendensiyası göstərir. Bu tendensiyanı aradan qaldırmaq üçün yeni bir devalvasiya qərarı həqiqi bir şok yaradacaq. Başqa sözlə, vətəndaşların həyat şərtlərinin daha da pisləşməsi gündəmə gələ bilər. İqtisadi idarəetmədə böyüməyə təkan verən çox vasitə yoxdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər