İngilis lüks avtomobil istehsalçısı “Jaguar Land Rover” (JLR) qlobal çip böhranının getdikcə ağırlaşdığını və ikinci rüb satışlarının proqnozlardan 50% azalacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkət beləliklə, böhrandan ötəri istehsalını azaldan böyük Çin avtomobil istehsalçılarına qoşulub.
JLR-ın açıqlamasından sonra şirkətin iş ortaqlarından biri olan “Indian Tata Motors”un səhmləri Mumbay əməliyyat birjalarında 10% azalıb.
Şirkət çip böhranı hələ də davam etdiyini və proqnozlaşdırılmanın çətinləşdiyini bildirir.
Qeyd edək ki, avtomobil sənayesində pandemiya səbəbindən dekabr ayında başlayan çip böhranı 2021-ci il boyunca artmağa davam edib. Məsləhət firması “AlixPartners” may ayında böhranın avtomobil satışlarında 110 milyard dollar zərərlə nəticələnəcəyini təxmin etmişdi.