11 İyul 2021 16:41
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikan yazıçıs Mark Tvenin 1908-ci ildən 1910-cu ildə ölümünə qədər yaşadığı Reddinqdəki malikanəsi satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Mark Tvenin "Kapitan Stormfildin cənnətə səyahəti" hekayəsindən ilhamlanaraq inşa etdirdiyi “Toskana” villası 4.2 milyon dollara satılır.

Tven meningitdən qızını itirəndən sonra dərin depressiyaya düşür və bu səbəbdən ailəsi ilə tez-tez səyahətə çıxır. Nəhayət ölkəsinə qayıtmaq və yerləşmək qərarına gəldikdə, həyat yoldaşı Oliviyanın səhhəti pisləşir və həkim məsləhəti ilə İtaliyaya gedirlər. Lakin yazar Florensiyada Oliviyanı itirir.

Tven qayıtdıqdan sonra ev tikdirməyi qərarlaşdırır və bu evin İtaliyada yaşadığı dövrdən təsirlənərək “Toskana” üslubunda olmasını istəyir.

Tvenin ölümündən sonra 1923-cü ildə baş verən yanğın zamanı evə ziyan dəyir. Malikanə 1925-ci ildə eyni təməl üzərində orijinal terasları, daş divarları və sütunları qoruyaraq yenidən qurulur. Villanın 4 yataq otağı, 3 kameni, hovuzu və 3 qaraj sahəsi var.


Müəllif: Yeganə Oqtayqızı