ABŞ-ın avtomobil nəhəngi “General Motors” sentyabr ayında çip böhranı səbəbilə Şimali Amerikadakı fabriklərinin çoxunda istehsalını dayandırıb.
Teleqraf.com xəbər verir ki, şirkətin açıqlamasında çip tədarükündə yaranan problemin yük maşınları seqmentində olan avtomobillərin istehsalına təsir edəcəyi bildirilib.
ABŞ-ın digər avtomobil istehsalçısı “Ford Motor” da eyni səbəbdən gələn həftə yük maşını istehsalını dayandıracağını açıqlayıb. Şirkətin satışları avqust ayında keçən ilə nisbətən 33,1 faiz azalıb.
“Toyota Motor Corp” sentyabr ayında istehsalını 40 faiz azaldacağını açıqlayıb.
“AlixPartners” konsaltinq şirkətinin proqnozunu görə, çip problemi 2021-ci ildə qlobal avtomobil sənayesində 110 milyard dollarlıq itkiyə səbəb olacaq.