2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 milyard, qeyri-neft sektoru üzrə isə 1,6 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon ABŞ dolları və ya 37,1% artıb.
2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 milyard ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 milyon ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon dollar təşkil edib.