2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 56 361 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,13 faiz çoxdur.
Teleqraf.com bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə idxal olunan avtomobillərin 52 488-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz çoxdur.
Azərbaycan bu ilin səkkiz ayı ərzində 10 və daha çox sərnişintutumlu 123 avtomobil, 55 elektromobil və 7 234 hibrid avtomobil ixrac edib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz artaraq 3 675 ədəd təşkil edib.
Hesabat dövründə Azərbaycan 571,757 milyon dollar məbləğində avtomobil idxal edib.