29 Sentyabr 2021 21:56
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pambığın qiyməti 2011-ci ildən bəri ilk dəfə 1 dollardan yuxarı qalxıb.

Teleqraf.com xəbər verir ki, əlverişsiz hava şəraiti və daşınma çatışmazlığı “ağ qızıl”ın tədarükünü təhdid edir.

Nyu-York birjasında pambığın dekabr müqaviləsi 1 005 ABŞ dollarına qədər yüksəlib. Bu, 2011-ci ilin noyabrından bəri ən yüksək səviyyədir. Pandemiyanın səbəb olduğu logistika problemləri və xüsusilə Çindən gələn yüksək tələbat bu il qiymətləri 28 faiz artırıb.

Qiymət artımı tekstil xərclərinin də artacağı anlamına gəlir. Pərakəndə satıcıların artan xərcləri istehlakçılara təsirsiz ötüşməyəcək.


Müəllif: Yeganə Oqtayqızı