Böyük Britaniyanın "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə yeni yataqların işlənməsi ilə əlaqədar saziş imzalayıb.
Teleqraf.com xəbər verir ki, saziş ümumi sahəsi 882 kvadratkilometr olan "Xarxar" və "Qaradağ" mis yataqları və "Dəmirli" mis-molibden yatağını əhatə edir.
"Xarxar" yatağı "Gədəbəy" və "Qoşa" müqavilə sahələri ilə sərhəddir. "Qaradağ" müqavilə sahəsində 3 milyard dollardan çox dəyərdə 300 min tondan çox mis mövcuddur.
Qarabağ iqtisadi zonasında yerləşən "Dəmirli" müqavilə sahəsində, ilkin məlumatlara əsasən, 275 min ton mis 3,2 min ton molibden mövcuddur".
"Anglo Asian Mining" şirkətinin məlumatına görə, yataqlarda faydalı qazıntıların qiymətləndirilməsi üzrə kompleks işlər sazişin Azərbaycan parlamenti tərəfindən ratifikasiyasından sonra başlayacaq.