26 Oktyabr 2021 14:50
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Teleqraf.com-un məlumatına görə, bunu M.Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib:

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşümüzdə birgə həyata keçirilən layihələrin icra vəziyyətini, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə etdik".


Müəllif: Teleqraf.com