9 Noyabr 2021 17:50
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş” bu ilin 9 ayı ərzində 19,165 milyon Türkiyə Lirəsi (TRY) mənfəət əldə edib.

Teleqraf.com xəbər verir ki, Petkimdə kommersiya satışının ümumi satışlardakı payı əvvəlki ilin 9 aylıq dövrü ilə müqayisədə 26 faizdən 32 faizə yüksəlib.

Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın ümumi satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki ilə nisbətən 89,5 faizdən 92,2 faizə yüksəlib.

“Petkim”in kapitalı 2020-ci ilin sonu ilə müqayisədə 50 faiz artıb, ümumi borcu isə 261 milyon dollar azalıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər