"Fənərbağça" Futbol Klubunun məşhur oyunçusu Məsud Özil öz kriptovalyutasını buraxmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə futbolçu sosial media hesabından paylaşım edib.
Məsud Özil yaxın zamanda satışa çıxaracağı kriptovalyutanın "M10 Token" adlanacağını da açıqlayıb.
O, öz kriptovalyutasını buraxan ilk futbolçu olmağı hədəfləyir.
Qeyd edək ki, Twitterdə 26 milyon izləyicisi olan futbolçusu bir müddət əvvəl sorğu keçirib.
O, “Bitcoinmi? Ethereummu?” yazaraq bu məsələ ilə bağlı izləyicilərinin fikrini alıb.