17 Dekabr 2021 12:03
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sahibkarların borcunun silinməsi konkret “Azəriqaz” İstehsalat Birliyinin (İB) səlahiyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İB-in baş direktor Ruslan Əliyev deyib.

O bildirib ki, "Azəriqaz" ancaq güzəştli şərtlər irəli sürə bilir: “Bəzi sahibkarlar var ki, bu güzəştləri düzgün qiymətləndirə bilmir. Bu gün 50-yə yaxın istixana var ki, biz onlarla üçüncü dəfə protokol imzalamışıq. Bir dəfə protokol imzalayırıq, deyir ki, bu ay bu qədərini, gələn ay filan qədərini ödəyəcəm. Sonra vəziyyət o həddə çatır ki, deyir, alınmadı, bir dəfə də protokol imzalayaq. Bu o deməkdir ki, sahibkar verdiyi vədi tuta bilmir. Ona görə də biz məcbur olub həmin sahibkarların qazını dayandırırıq”.

“Bu gün ümumi istixanalar üzrə yığım səviyyəsi 70 faizin üzərindədir. İlin sonuna doğru bunun 80 faizə çatdırmaq fikrimiz var” – deyə, Ruslan Əliyev fikirlərinə əlavə edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər