18 Dekabr 2021 09:05
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi ölkələr səyahət sığortasında COVID-19-la bağlı yaranan tibbi xərclərə görə təminat istəyir. Bu təminatı əksər yerli sığorta şirkətləri verə bilmir”.

Bunu Teleqraf.com-a “Kasko.az” online sığorta platformasının təsisçisi Nizami Mənsimov deyib.

Ekspert qeyd edib ki, sığorta müqavilələrində 99 faiz hallarda təminat ərazisi qeyd olunur: “Müqavilələrin əksəriyyətində təminat olaraq Azərbaycan göstərilir ki, bu da ölkə ərazisində keçərlidir. Səyahət sığortası kimi bəzi sığorta növləri də var ki, turistin gedəcəyi ölkələrdə qüvvədə olur.

Tutaq ki, şəxs Türkiyəyə gedərkən səfər sığortası etdirir. Bu da turisti müqavilədə göstərilən bütün neqativlərdən sığortalayır. Burada turistin səyahət etdiyi ölkədə başına gələ biləcək hadisənin maddi və mənəvi zərərini ödənilməsi, reysə gecikməsi, çamadanın itməsi, sağlamlıq və sairlə bağlı hər hansı problem nəzərdə tutulur”.

Nizami Mənsimovun müşahidələrinə əsasən, səyahət sığortasında COVID-19-la bağlı məsələlər mübahisə doğurur: “Müqavilədə bir sıra məsələlərə təminat verilir. Bəzi ölkələr var ki, səyahət sığortasında COVID-19-la bağlı yaranan tibbi xərclərə görə təminat istəyir. Bu təminat da əksər sığorta şirkətlərində ya yoxdur, ya da bilərəkdən razılaşmalardan çıxarılır. Bəzən sığorta şirkətləri buna 1500 avro kimi müəyyən bir limit tətbiq edir ki, bunu dac bəzi ölkələr qəbul etmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər