18 Dekabr 2021 18:32
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov dekabrın 18-də Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, aparılan işlərlə tanışlıqdan sonra Baş nazirin sədrliyi və Dövlət Neft Şirkətinin Müşahidə Şurası sədrinin və üzvlərinin, şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə modernizasiya və yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib.

Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər