19 Noyabr 2014 00:25
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında “Neft Daşları" yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A saylı stasionar dəniz özülünün tikinti işləri uğurla davam etdirilir.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 14 istismar quyusunun qazılması üçün inşa edilən özül dənizin 18 metr dərinliyində yerləşdiriləcək. Özül yaşayış bloku, vertolyot meydançası, 2 ədəd qaldırıcı kran və digər zəruri avadanlıqlarla təchiz olunacaq, burada 8 ədəd dayaq bloku, 8 ədəd aralıq seksiyası, 11 ədəd minik-yanalma meydançası, 2 ədəd piyada körpüsü, 14 ədəd quyu istiqamətləndiricisi və 1 ədəd qülləaltı postamentin quraşdırılması nəzərdə tutulur.

İndiyədək 8 ədəd dayaq bloku, 8 ədəd aralıq seksiyası, 4 ədəd minik meydançası, 4 ədəd yanalma meydançası və 30 ədəd konsol quraşdırılıb, 48 ədəd svay vurulmuş, 39 ədəd svay sement məhlulu ilə doldurulub.

“Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilən işlərin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər