1 Yanvar 2022 15:41
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi qaytarılacaq. Vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir: “Əgər vətəndaşımız tibb müəssisəsində 1000 manat ödəniş edibsə, onun ödədiyi ƏDV 180 manatdır. Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına qaytarılacaq. Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarılma həyata keçiriləcək.

2022-ci ildə Sizlərə sağlam həyat arzulayıram, amma tibbi xidmətlərindən istifadəyə ehtiyac olarsa, o zaman ƏDV-ni geri almağı da unutmamaq lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər