“Ukrayna ilə Azərbaycanın ticarət dövriyyəsi böyük olsa da, o qədər böyük olmayan qeyri-neft ixracatımızda belə bu ölkənin payı çox kiçikdir - təxminən 2%. Ukrayna kifayət qədər böyük bazardır, amma münasibətlərin kifayət qədər yaxın olmasına baxmayaraq biz bu bazarın imkanlarından ən minimum səviyyədə bəhrələnirik”.
Teleqraf.com xəbər verir ki, iqtisadçı Rövşən Ağayev bu fikirdədir.
O bildirib ki, 2021-ci ilin 11 ayının nəticələrinə görə, Ukraynaya 445 mln. dollarlıq ixracatın 89%-i neft məhsullarının payına düşüb: “Ukraynadan ixdalımız isə heç də kiçik deyil - ümumi idxalımızın 4%-nə yaxın (420 mln. USD). Bu idxalın təxminən yarısı qida və tütündür. Digər yarısında isə metal məmulatlarının payı böyükdür”.