18 Yanvar 2022 22:58
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır.

Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılması, nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir.


Müəllif: Teleqraf.com