19 Yanvar 2022 17:05
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 92,692.5 milyard manat olub. Bu isə 2019-cu illə müqayisədə 11 milyard, 2020-ci illə müqayisədə isə 21 milyon manat çoxdur".

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda tətbiq olunan iqtisadi artım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir: “Ötən il ölkəmizdə adambaşına ümumi daxili məhsul (ÜDM) 5.452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur”.

“2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 milyard manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub”- deyə, nazir qeyd edib.

Nazir qeyri-büdcə təşkilatlarında da müsbət dinamikanın qeydə alındığını vurğulayıb: “Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər