21 Yanvar 2022 23:56
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mercedes Benz" şirkətinin Rusiyadakı rəsmi nümayəndəsi "Mersedes-Bents Rus" ölkədə 1 082 avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, geri çağırılmaya səbəb sərnişin təhlükəsizlik yastığının funksiyasında mümkün qüsurlar göstərilib.

Qərar 2021-ci ildə satılmış S-Class tipli avtomobillərə şamil edilir.

Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz əsasda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər