Maliyyə naziri Samir Şərifov зфкдфьутевэ çıxışı zamanı büdcə zərfinin hazırlanmasına deputatların verdiyi qiymətə görə təşəkkürünü bildirib.
Teleqraf.com-un xəbərinə görə, nazir deyib ki, büdcənin müzakirəsində deputatlar fəal iştirak edir, irəli sürülən təkliflər aktuallığı ilə seçilir: “Çıxışlarda səslənən sual, təklif və tövsiyələr tərəfimizdən öyrənilir və qruplaşdırılıb. Təkliflər müdafiə və təhlükəziliyə maliyyənin artırılması, təhsilə maliyyənin artırılması, aqrar sektorun inkişafı, QHT-lərə, siyasi partiyalara və KİV-ə dəstəyin artırılması, ipoteka kreditlərinin genişləndirilməsi, bank kreditlərinin faizinin azaldılması və digər sahələri əhatə edir”.
Nazir deyib ki, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı büdcədən vəsait nəzərdə tutulub: “Cari illə müayisədə artım var və bu dövlət başçısı tərəfindən aparılan siyasətin nəticəsdir. Təhsillə bağlı nazir Mikayıl Cabbarov fikrini söylədi. Bank kredit faizləri ilə bağlı da Mərkəzi Bankın sədri fikirlərini açıqladı. İpoteka kreditləri ilə bağlı hökumətlə Mərkəzi Bank arasında dialoq var və əlavə tədbirlər görüləcək. Aqrar sektora isə xüsusi diqqət edilir, dəstək verilir. Bu sahibkarlara dəstək vasitəsilə həyata keçirilir, müxtəlif mexanizmlər mövcuddur. Elmin maliyyələşdirilməsi məsələsinə gəldikdə deyim ki, büdcə layihəsi parlamentin komitələrində də müzakirə edilib. Bu müzakirələr zamanı elmin maliyyələşməsi ətraflı müzakirə edilib. Guya elmə az vəsaitin ayrılması haqda məsələyə də açıqlama gətirilib. Növbəti ilin büdcəsində elm xərcləri üçün 143 milyon nəzərdə tutulub. 2014-ci illə müqayisədə bu 4 milyon manat çoxdur. Biz bu məsələyə yenidən baxarıq, hansı vasitələrlər elmə ayrılan vəsaitin ayrılmasını nəzərdən keçirərik”.
Samir Şərifov daha sonra vurğulayıb ki, risklərdən çəkinməməli, onu idarə etməyə çalışmaq lazımdır: “Hesab edirəm ki, bizim kifayət qədər valyuta ehtiyatımız mövcuddur. Milli Bank manatın məzənnəsi ilə bağlı məlumat verdi. Bizim büdcə, əlbəttə gərgin büdcədir, amma həm də real büdcədir. Bizim təcrübəmiz mövcuddur. İrəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək və onların həlli yollarının büdcədə nəzərə alınması imkanları təhlil ediləcək və növbəti iclasda əlavə məlumat veriləcək".
Nemət