“Rusiyanın Belarusda keçirdiyi hərbi təlimlər gərginliyi artırmaq üçün atılan addımdır. Rusiya Ukraynanı işğal etsə, “Şimal axını 2” qaz kəməri layihəsi fəaliyyət göstərməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransında Ağ Evin sözçüsü Cen Psaki deyib.
O bildirib ki, rus qazının Almaniya üzərindən Avropaya nəqlini nəzərdə tutan “Şimal axını 2” layihəsi Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə sanksiyaların hədəfi ola bilər: “Boru kəmər layihəsi Avroatlantik regionunun əhəmiyyətli hissəsinin enerji və milli təhlükəsizliyinə xələl gətirdiyini müdafiə edən bir layihədir. Almaniyada layihənin lisenziyasını verəcək müvafiq bölmə kəmərin ən azı 2022-ci ilin ikinci yarısına qədər təsdiqlənməsinin gözlənilmədiyini bildirib. Bir daha vurğulayıram ki, Rusiya Ukraynaya müdaxilə etsə, “Şimal axını 2” boru kəməri işləməyəcək”.
Ağ Ev sözçüsü Rusiyanın Ukraynanı işğal etmək qərarı alıb-almadığı hələ məlum olmasa da, Ukraynadakı Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.