10 Fevral 2022 18:34
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb. Adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində maliyyə pozuntuları aşkar edilməsi barədə açıqlama vermişdi.

Xatırladaq ki, 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci ilə kimi Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hazırda həbsdə olan Səlim Müslümov başçılıq edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər