1 Mart 2022 16:11
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi saysız-hesabsız faktlarla sübut olunub ki, Rusiyaya qarşı sanksiyalar problemi həll etmək əvəzinə yeni problemlər yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

O bildirib ki, Çin və Rusiya qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında əməkdaşlığı davam etdirəcək: “Sanksiyalar təkcə problem yaşayan hər iki tərəfə deyil, bütün tərəflərə iqtisadi ziyan vuracaq, eyni zamanda siyasi həll prosesinə mənfi təsir göstərəcək”.

Vanq bəzi Qərb ölkələrinin Rusiyanı SWIFT sistemindən çıxarma qərarını da qiymətləndirib: “Beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşıyıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər