"Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 107 dolları ötüb.
Teleqraf.com xəbər verir ki, ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 9,49% artıb.
Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 107,27 dollar təşkil edir.
WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 8,61% artaraq bir barel üçün 103,96 dollar təşkil edib.