Rusiya və Belarusa qarşı iqtisadi sanksiyalarda Dünya Bankı da iştirak edib.
Teleqraf.com xəbər verir ki, Dünya Bankı adıçəkilən ölkələrdə bütün proqramlarını dayandırdığını açıqlayıb.
Dünya Bankı Qrupu 2014-cü ildən bəri Rusiyaya yeni kredit və ya investisiyalar, 2020-ci ilin ortalarından isə Belarusa yeni kredit təsdiq etməyib.
“Rusiyanın Ukraynanı işğal etməsi və Ukrayna xalqına qarşı hərbi əməliyyatlardan sonra Dünya Bankı Qrupu Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırıb”, - bəyanatda deyilir.