4 Mart 2022 16:34
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident sərəncamına görə, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə əmək pensiyası məbləğinin 10 faizi qədər aylıq maddi yardım ödəniləcək.

Teleqraf.com xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu sərəncamın kimlərə şamil olunduğuna diqqət çəkib.

O bildirib ki, artım bütün növ əmək pensiyaçılarına şamil olunmur: “Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına Milli Məclisinin deputatları və sabiq deputatları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və sabiq deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri və sabiq üzvləri, sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), sabiq hakimlər və prokurorlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digərləri daxildir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər