Rusiya Mərkəzi Bankı sədrinin müşaviri Sergey İqnatyev vəzifəsini tərk edəcəyi barədə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, İqnatyev 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının prezidenti olub. 2013-cü ildən Rusiya Mərkəzi Bankı prezidentinin müşaviri vəzifəsində çalışan İqnatyev martın 31-dən etibarən təqaüdə çıxmaq qərarına gəlib.
Qeyd edək ki, Elvira Nabiullina 2013-cü ildən Rusiya Mərkəzi Bankının sədridir.