10 May 2022 14:14
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyaların təzyiqi fonunda Rusiya təxminən son otuz ilin ən dərin iqtisadi tənəzzülü ilə üzləşəcək.

Teleqraf.com Rusiyanın Maliyyə Nazirliyinin proqnozuna istinadən xəbər verir ki, bu il ümumi daxili məhsul (ÜDM) 12 faizə qədər azala bilər.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi ÜDM-in 8% azalacağını gözləyirdi.

Xarici mütəxəssislərin qiymətləndirmələrinə görə, Maliyyə Nazirliyinin proqnozu doğru çıxsa, bu, təxminən onillik iqtisadi artımı məhv edəcək.

Moskvadakı “BCS” Maliyyə Qrupunun baş iqtisadçısı Natalia Lavrova bildirib ki, Rusiya iqtisadiyyatının çöküşünə əsasən neft tədarükünə qadağa, Aİ-nin Rusiya qazından imtinası, eləcə də xarici şirkətlərin ölkəni tərk etmələri təsir göstərir.

Onun fikrincə, yalnız cari sanksiyalar nəzərə alınarsa, Rusiya iqtisadiyyatının azalması 2022-ci ildə 10,8%, 2023-cü ildə isə təxminən 5% ola bilər: "Bu, iqtisadiyyatın 12,6% çökdüyü 1994-cü ildən bəri ən ciddi eniş olacaq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər