Qazaxıstan qamış şəkəri və ağ şəkərin ixracına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Qazaxıstan sərhədlərindən ağ şəkər və qamış şəkərinin 6 ay müddətində xaricə çıxarılması yasaqlanır. Fərman mayın 23-dən qüvvəyə minir.
Qazaxıstan kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev ölkənin şəkər idxalını 32 faizə endirməyi planlaşdırdıqlarını deyib: “Beləliklə, daxili bazarda şəkərə olan ehtiyacın ödənilməsi nisbətini 7 faizdən 43 faizə qaldıracağıq”.