5 İyul 2022 15:34
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 205,5 milyon manat, xərcləri isə 12 936,6 milyon manat təşkil edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Maliyyə Nazirliyi yayıb.

Bildirilir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,8% və 11,6% çoxdur.

Son nəticədə büdcədə 1 268,9 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 7,7 dəfə çoxdur.


Müəllif: Teleqraf.com