11 Dekabr 2014 20:27
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Azərbaycan nanotexnologiyasının ən son nəticələrinin tədqiqi, tətbiqi və alınmış effektlər barədə söhbət açılıb. Bu ölkənin Aaxen Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında nanotexnologiyaların perspektiv işlənməsi və gələcək əməkdaşlıq barədə razılıq əldə olunub.

ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və Nanotexnologiyalar departamentinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Almaniyanın Dortmund şəhərində keçirilən “6-cı Beynəlxalq konfrans və sərgi”də iştirak ediblər. Almaniyanın nanotexnologiya üzrə 60-dan çox nüfuzlu mərkəz və təşkilatlarının iştirak etdiyi sərgidə ARDNŞ-ə xüsusi guşə ayrılıb. Stenddə nümayiş olunan innovasiyalar iştirakçıların marağına səbəb olub.

Səfər zamanı Dövlət Neft Şirkətinin nümayəndə heyəti nanotexnologiya üzrə iri şirkətlərin təmsilçiləri ilə bir sıra işgüzar görüşlər keçirib.


Müəllif:

Oxşar xəbərlər