15 Dekabr 2014 12:37
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 19-da vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərindəAbşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti, Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi, Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər