21 Dekabr 2022 10:51
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft kəməri operatoru “Transneft” Almaniya və Polşadan 2023-cü ilə qədər neft daşınması üçün müraciətlər alıb.

Teleqraf.com xəbər verir ki, bunu “Transeft” şirkətinin prezidenti Nikolay Tokarev açıqlayıb.

O, Avropanın yanvarın 1-dən etibarən Rusiyadan neft almamağa qərar verdiyini bildirib: “Rusiya neftinə tələbat davam edir. Gələn il üçün Polşa istehlakçılarından 3 milyon ton neft tələbi aldıq. Almaniya da birinci rüb üçün müraciət edib”.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

G7 və Aİ ölkələri də dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyub. Polşa və Almaniya rəsmiləri də Rusiya neftinin idxalını tamamilə dayandırmağı planlaşdırdıqlarını açıqlamışdılar.


Müəllif: Yeganə Oqtayqızı