23 Dekabr 2014 10:22
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,38% yaxud 1,87 dollar ucuzlaşaraq 55,26 ABŞ dolları təşkil edib.

Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,11% və ya 1,27 dollar ucuzlaşaraq 60,11 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 63 dollar/barel olacağı proqnozlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər