11 Mart 2023 18:51
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıb.

Teleqraf.com xəbər verir ki, Aİ parlamentariləri bu hədəfin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcəyini və Rusiyanın qalıq yanacaqlarından Avropanın istifadəsini məhdudlaşdıracağını düşünür.

Parlamentin Baş məsləhətçisi Nils Fulsanq bu müqavilənin iqlim üçün faydalı olduğunu bildirib: "Lakin bu razılaşma Putin üçün real mənfi dəyişiklik demək olacaq".

Sənədə əsasən, 2024-cü ildən 2030-cu ilə qədər üzv dövlətlər son enerji istehlakında illik orta hesabla 1,49 faiz qənaət etməlidirlər.

İttifaq ölkələrində dövlət qurumlarına aid binaların ümumi səthinin ən azı 3 faizi hər il yenilənməlidir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər