Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası qrupa rəhbərlik üçün ABŞ-li Ajay Banqanın namizədliyini nəzərdən keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Bankının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Dünya Bankı Qrupunun prezidentliyinə namizədlərin irəli sürülməsi müddəti martın 29-da başa çatıb. Bəyanatda sözügedən vəzifəyə yalnız bir nəfərin namizəd olduğu, bu vəzifəyə ABŞ-dən Ajay Banqanın da namizədliyi nəzərə alınacağı qeyd edilib.
Qeyd edək ki, Dünya Bankının prezidenti Devid Malpass fevral ayında dörd illik vəzifəsindən istefa verəcəyini açıqlamışdı.
Malpassın qərarından sonra ABŞ Prezidenti Co Bayden Mastercard-ın keçmiş baş icraçı direktoru Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.