Pakistanın güzəştli Rusiya xam nefti üçün ilk sifarişini verib.
Teleqraf.com-un xəbərinə görə, bunu Pakistanın neft naziri Musadik Malik açıqlayıb.
Nazir bəyan edib ki, yeni müqavilə çərçivəsində may ayında neftlə dolu tanker Karaçi limanına yanaşacaq.
Müqaviləyə əsasən, Pakistan Rusiyadan emal olunmuş yox, yalnız xam neft alacaq.
Əgər ilk sifariş uğurla nəticələnərsə, Rusiyadan Pakistana gündəlik neft idxalı 100 min barelə çatacaq.