20 Aprel 2023 14:06
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Nazirlər Kabineti 2024-cü ildən qüvvəyə minən neft və qazla işləyən istilik sistemlərinin əksəriyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.

Teleqraf.com İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, hökumət istixana qazı emissiyalarını azaltmaq üçün hazırlanan “Tikinti Enerjisi” Qanununa ikinci dəyişikliyi təsdiqləyib.

2045-ci ilə qədər iqlimə neytral olmağı hədəfləyən alman koalisiya hökuməti mart ayında yeni quraşdırılan istilik sistemlərinin 2024-cü ilə qədər həm yeni, həm də köhnə binalarda 65 faiz bərpa olunan enerji ilə işləməsi barədə razılığa gəlib.

Layihəyə görə, yaşayış yerlərində qaz yanacaqla işləyən istilik sistemlərinə alternativ olaraq bərpa olunan elektrik enerjisi ilə işləyən istilik nasosları, mərkəzi istilik, elektrik isitmə və ya günəş enerjisi sistemləri istifadə edilə bilər.

Dəyişikliyin 2028-ci ilə qədər ildə təxminən 9,16 milyard avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Almaniyanın illik qaz istehlakının 40 faizindən çoxu istilik məqsədləri üçün istifadə olunur. 41 milyon ailənin demək olar ki, yarısı təbii qazla qızdırıldığı halda, 25 faizi soba mazutundan istifadə edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər