Rusiya 2022-ci ilin sonuna qədər 2,3 trilyon dollar dəyərində mal və xidmət istehsal edərək dünyanın ən yaxşı 10 iqtisadiyyatına daxil olub.
Teleqraf.com xəbər verir ki, Dünya Bankının və Rusiya milli statistika xidmətlərinin məlumatlarına əsasən, ölkə 2014-cü ildən bəri ilk dəfə olaraq dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasına qayıtmağı bacarıb.
Xatırladaq ki, 2022-ci ilin sonunda Rusiya 2,3 trilyon dollarlıq məhsul və xidmət istehsal edərək bu göstəricidə 8-ci yeri tutub. Sonuncu dəfə Rusiya 2014-cü ildə ilk "onluq"da olub və o zaman ölkə 2,05 trilyon dollarlıq ümumi daxili məhsula (ÜDM) nail olaraq 9-cu, 2021-ci ildə isə 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, ABŞ keçən il 25,46 trilyon dollar nominal ÜDM ilə dünyanın ən böyük iqtisadiyyatı olaraq qalıb, Çin 17,94 trilyon dollarla ikinci, Yaponiya isə 4,17 trilyon dollarla üçüncü olub.