6 Yanvar 2015 14:21
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçi qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb. İqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib.

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə edildiyi, bununla belə bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş imkanların olduğu diqqətə çatdırılıb. Dövlət başçılarının görüşləri zamanı əldə edilmiş razılaşmaların icrası məqsədilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də sənaye parkları və sənaye məhəllələrinə, aqroparklara, birgə biznes forumların və sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər