OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində saxlamaq barədə razılaşıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilata üzv ölkələrin nazirlərinin iclasının yekunları üzrə kommünikedə deyilir.
Qərar 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq. Eyni zamanda növbəti iclas noyabrın 26-na təyin edilib.
Ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.