2022-ci ildə Azərbaycanın neft-qaz sektorunda ixracın həcmi 98,1 faiz artaraq 37,9 milyard dollara çatıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 20,8 milyard dollar xam neftin, 16,4 milyard dollar təbii qazın, 0,7 milyard dollar isə neft məhsullarının payına düşüb.
2022-ci ildə qeyri-neft ixracı 15,4 faiz artaraq 2,9 milyard dollara çatıb.
Qeyd edək ki, bütünlükdə 2022-ci ildə Azərbaycanın məhsul ixracı 88,4 faiz artaraq 40,9 milyard dollara çatıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 54,4 milyard dollar olub. Xarici ticarət dövriyyəsinin neft-qaz sektorundakı müsbət saldo 35,4 milyard dollar olub, qeyri-neft-qaz sektorunda isə 8 milyard dollar dəyərində defisit formalaşıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 27,4 milyard dollar olub. Ötən il ölkə dünyanın 189 ölkəsi ilə ticarət münasibətində olub: xarici ticarət dövriyyəsinin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə digər ölkələrin payına düşüb.